Bakıda ağır yol qəzası olub - 5 nəfər xəsarət alıb

Ötən gecə Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Olaylar.az xəbər verir ki, saat 22:00 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Qala-Pirallahı yolunda 99 NH 300 dövlət qeydiyyat nişanlı "Mercedes" ilə 10 XB 203 dövlət qeydiyyat nişanlı digər "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır. 

mənbə: Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31