Naxçıvandakı dəhşətli hadisədə ölənlərin kimliyi məlum oldu - ADLAR

 

Bu gün Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində baş vermiş uçqun nəticəsində ölən şəxslərin adları müəyyənləşib.

Olaylar.az bildirir ki, təmirə bağlanmış 3 saylı orta məktəb binasının bir hissəsini çökməsi nəticəsində ölən 4 nəfərdən 3-ü Nehrəm kənd sakinləri: Qadir, Həsən və "İban" adı ilə tanınan şəxs olub. Digər ölən şəxs isə qonşu Keçməbasar kəndinin sakini olub.

Onların meyitləri hadisə yerindən götürülərək aidiyəti üzrə təhvil verilib.

Dağıntılar altında başqa şəxsin qalıb-qalmaması barədə dəqiq məlumat yoxdur. Bununla belə rəazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31