Özünü Kürə atmaq istədi
28 Mart 2022 14:00 HadisəMingəçevirdə intihar cəhdinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən xəbərə görə, martın 26-da saat 22 radələrində Mingəçevir şəhər sakini Ə.Rzayev sərxoş vəziyyətdə Kür çayının üzərindəki körpüdən özünü atmağa cəhd göstərib. Cəhdin qarşısı Mingəçevir Şəhər Polis Şöbəsi və Baş Mühafizə İdarəsinin Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31