Azərbaycanlı polis zabiti ailəsi ilə birlikdə İTKİN DÜŞDÜ - FOTO

Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.

Olaylar.az bildirir ki, bu barədə report-a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martin 1-də əlaqə saxlayıblar. "Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib və mükafatlar alıb".

S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: "Ruslanın atası Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı da hazırda polisdə çalışır. O da bir neçə həftə idi ki, itkin düşmüşdü. Lakin martin 24-də tapıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31