Zaqatala xəstəxanasında ana ölümü ilə bağlı cinayət işi başlandı

Zaqatalada gənc ananın doğuş zamanı ölməsi ilə bağlı cinayt işi başlanıb.

Zaqatala rayon prokurorluğundan Olaylar.az-a bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31