Göyçayda yaşayış binasında yanğın olub
23 Mart 2022 21:00 HadisəGöyçay şəhərində yanğın baş verib.
Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 m² sahədə və binanın dam örtüyü 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31