Avtomobil yolu keçən qadını vurub öldürüb

Sumqayıtda avtomobil qadını vuraraq öldürüb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 13-də saat 20 radələrində şəhər ərazisində E.Bəkirov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31