SON DƏQİQƏ: 11 yaşlı məktəblini maşın vurdu – Müəlliminə gül aparırmış...

Azərbaycanda 11 yaşlı S. Balamətov adlı məktəblini maşın vurub.

Olaylar.az  xəbər verir ki, Qusar şəhərində baş vermiş hadisə zamanı rayonun 4 nömrəli məktəbində təhsil alan şagirdin əlində gül buketi və cibində pul olub.

Yaralı dərhal Qusar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda əməliyyat edilir.

Qusar rayon mərkəzi xəstəxanasının mətbuat xidmətinin rəhbəri Anjela Zalovanın Bizim.Media-ya verdiyi məlumata görə, məktəblinin dalağı və qara ciyəri zədələnib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31