Bakıda avtobus kommunal xidmət avtobili ilə toqquşub, xəsarət alanlar var (FOTO)
4 Mart 2022 23:34 Hadisə4 mart 2022-ci il saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında "Vətən.az" MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakl ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Olaylar.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. "Vətən.az" MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31