Azərbaycanda GÜCLÜ YANĞIN - Ölən var

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Şərəfxanlı küçəsində qeydə alınıb.

73 yaşlı Tofiq Hüseynova məxsus evdə anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi, 73 yaşlı T.Hüseyov evdə yanaraq ölüb. Məlumata görə ev sahibi xəstə olub.

Hadisənin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31