Fəhlə binadan yıxılaraq ölüb
22 Fevral 2022 15:19 HadisəLənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb. "Olaylar" xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib. Məlumata görə bədbəxt hadisə nəticəsində ölən şəxs tikintidə fəhlə işləyirmiş.Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31