Bakıda toy yasa çevrildi - Bəyin dayısı öldü - VİDEO
22 Fevral 2022 10:17 HadisəBakının Nizami rayonunda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.
Olaylar.az İTV-yə istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsindəki şadlıq saraylarından birinin qarşısında baş verib.
"Toyota" markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Piyada xəstəxanaya aparılarkən yolda keçinib.
Şahidlərin dediyinə görə ölən piyada bəyin dayısıdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31