Yanğın zamanı 10 nəfər təxliyə olunub
21 Fevral 2022 11:37 HadisəAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas olunub, yanğın zamanı 10 nəfər sakin yanğınsöndürən və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Ağcabədi şəhərində 1962-ci il təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 5 ha sahədə baş vermiş yanğının söndürülmə işləri FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və ETSN-nin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən davam etdirilir.