Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobilləri qəzaya düşüb, yaralılar var - FOTO

Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

Olaylar.az bildirir ki, hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşınında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.

Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.

Yaralılar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

apa.az

Beyləqan şəhərində qəza yeri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31