Bakıda təcili yardım avtomobili qəzaya düşüb, xəsarət alan var

Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub.

Bu barədə c-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində sürücü başından yüngül xəsarət alıb, ölən yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31