Bakıdakı dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
10 Fevral 2022 18:54 HadisəBakıda bir neçə gün əvvəl baş verən qəzanın görüntüləri yayılıb.
Olaylar.az xəbər verir ki, söhbət fevralın 7-də paytaxtın Suraxanı rayonu, Suraxanı qəsəbəsində 161 saylı marşrut avtobusu ilə OKA markalı avtomobilin iştirakı ilə baş verən qəzadan gedir.
Qəza nəticəsində minik avtomobilində iki nəfər sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə gələn FHN əməkdaşları sıxılı vəziyyətdə qalan şəxsləri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31