Dönərxanada baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanovda baş vermiş yanğınla bağlı məlumat yayıb."Olaylar" ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31