Bakıda məşhur dönərxana yandı - VİDEO

Bu gün günorta saatlarında Bakının Nərimanov rayonunda, Ağa Nematulla küçəsində yerləşən "Köz Tantuni, Köftə Dönər" iaşə müəssisəsində güclü yanğın baş verib.

Olaylar.az xəbər verir ki, yanğın nəticəsində dönərxananın yerləşdiyi tikiliyə və orada olan avadanlıqlara ciddi ziyan dəyib.

Sosial şəbəkələrdə yanğının video görüntüsü paylaşılıb. Həmin video görüntünü təqdim edirik:

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31