Suqovuşanda silah-sursat avtomatlar aşkarlandı
31 Yanvar 2022 13:58 HadisəHüquq-mühafizə orqanlarının əməkdaşları Tərtər rayonunda silah-sursat aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayonun işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən körpülərinin birinin alt hissəsindən 3 ədəd "AKM" markalı avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31