Gədəbəydə evə basqın - ər-arvad xəsarət aldı
29 Yanvar 2022 14:16 HadisəGədəbəydə evə basqın olub.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə ötən gün rayonun Daryurd kəndində qeydə alınıb.
Kənd sakinləri Şirzad İsmayılov və həyat yoldaşı Zəmər İsmayılova polisə müraciət edərək, axşam saatlarında evdə olarkən naməlum şəxsin mənzillərinə basqın etdiyini, onlara xəsarətlər yetirərək evdən 200 manat pul götürdüyü bildiriblər.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib və tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31