Şəhərə çıxan 9 koronavirus xəstəsi saxlanıldı
26 Yanvar 2022 19:17 HadisəYanvarın 25-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31