Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü
20 Yanvar 2022 15:46 HadisəQax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Olaylar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi "Mercedes" və Təbriz Məmmədovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.
Nəticədə "Mercedes"də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31