Bakı metrosunda problem yarandı, vaqonlar boşaldıldı

Bakı metrosunun "Nizami" stansiyasında vaqonlar boşaldılıb.

Olaylar.az xəbər verir ki, Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə məlumat yayıb.

"Saat 18:37-də "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə "Nizami" stansiyasından depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib", - o qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, sərnişinlər "Nizami" stansiyasında düşürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31