Gənc müəllim dəm qazından boğulub

Azərbaycanda gənc müəllim vəfat edib. "Olaylar" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin müəllimi İsmayıl İsmayıllının dəm qazından öldüyü bildirilir. Qohumlarının bildirdiyinə görə, İsmayıl 2021-ci il Gənclər üçün Prezident mükafatçısı olub. Təxminən on il əvvəl böyrək çatışmazlığı problemi ilə üzləşib, atasının böyrəyi ona köçürülüb. Subay olan gənc müəllim evlənməyi planlaşdırırmış. 31 yaşlı İ.İsmayıllı Ordubadın Nüsnüs kəndində anadan olub. İ.İsmayıllı Naxçıvan Dövlət Universitetinin memarlıq fakültəsində müəllim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31