Bakıdan Naxçıvana uçan təyyarə bu səbəbdən geri qayıtdı

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib. ⠀Bu barədə AZAL məlumat yayıb.Təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. ⠀Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31