Avtomobil piyadanı vuraraq öldürüb

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə İmişli şəhəri H.Əliyev prospektində qeydə alınıb. İmişli şəhər sakini, 1997-ci il təvəllüdlü Babazadə Orxan Ələddin oğlunun idarə etdiyi "VAZ-2107" markalı 10 NL 157 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub. Piyada aldığı xəsrətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aprılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31