Baş Prokurorluq 3 kişinin ölümü ilə bağlı araşdırma aparır
7 Yanvar 2022 15:07 HadisəAbşeron rayonunda 3 kişi eyni evdə dəm qazından boğularaq ölüb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb. Baş Prokurorluğun Mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, yanvarın 6-da rayon ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31