SON DƏQİQƏ! Bakıda güclü yanğın başlayıb: Əraziyə qüvvələr cəlb edilib

Bakıda yaşayış binasında yanğın baş verib.

Olaylar.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: yenigundem.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31