Baksell Ağdamda əməkdaşının yaralanması ilə bağlı açıqlama verdi
30 Dekabr 2021 12:54 HadisəOlaylar.az xəbər verir ki, açıqlamada deyilir: "Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31