“Alov qüllələri”nin qarşısında partlayış, xəsarət alanlar var - FOTO
30 Dekabr 2021 11:29 HadisəBakıda qaz sızmasından partlayış olub.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, "Alov qüllələri" hotelinin qarşısında qeydə alınıb.
Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31