Kuryer şirkətini qarət edən şəxslər saxlanıblar
27 Dekabr 2021 15:04 HadisəXətai RPİ-nin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən kuriyer şirkətinin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıb. Rəsmi məlumata görə, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31