Azərbaycanlı müğənninin polis qohumunun yas yerindən görüntüləri - FOTO-VİDEO
27 Dekabr 2021 14:31 HadisəMüğənni İlahə İbadovanın ailəsinə ağır itki üz verib.
Olaylar.az xəbər verir ki, sənətçinin dayısı oğlu polis İbrahim Əlizadə dünyasını dəyişib. Bu haqda İlahə sosial şəbəkədə məlumat verib. O, dayısı oğlunun yas yerindən foto və görüntülər yayımlayıb.
Sənətçi 27 yaşlı dayısı oğlunun yaxın zamanlarda toyu olacağını qeyd edib
"Toyuna hazırlaşırdıq. Bizi nə tez tərk etdin sən? Bizdə ayrı-seçkilik yoxdur. Bacı-qardaş kimi idik. Belimizi qırdın, İbrahim!"
Qeyd edək ki, ürək tutmasından vəfat edən İbrahim Nizami Rayon Polis şöbəsinin əməkdaşı olub.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31