Meyxanaçı dəhşətli avtomobil qəzasından danışdı - VİDEO
27 Dekabr 2021 11:07 HadisəMeyxanaçı Baləli Maştağalı bir müddət öncə keçirdiyi dəhşətli avtomobil qəzası barədə danışıb.
Olaylar.az xəbər verir ki, ifaçı "Tam vaxtıdır" verilişində deyib:
"Allah qızıma bağışladı məni. Qəzaya düşdüm, elə bildim ki, ölmüşəm. Çünki elə yerə düşmüşdüm ki, orda nə işıq, nə dirək, nə də heç nə yox idi. Dərəyə düşmüşdük. Bu qıza bəlkə də hansısa günahımın cəzası idi. Bəzən uşaqlara deyirəm ki, o qəzada ölmədimsə, sağ çıxdımsa, 300 il yaşayaram".
(sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31