Məktəbli həddən artıq yemək yediyinə görə xəstəxanaya yerləşdirildi
27 Dekabr 2021 11:04 HadisəSankt-Peterburqda yeniyetmə həddindən artıq yemək yedikdən sonra bağırsağın partlaması və kəskin peritonit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Olaylar.az-ın məlumatına görə, 8-ci sinif şagirdi səhhətinin pis olmasından şikayət edib və o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilməsi barədə polis şöbəsinə məlumat daxil olub, hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın yaşadığı ünvana gəliblər.
Məlum olub ki, oğlan həddindən artıq yeməkdən sonra qarın boşluğundakı ağrılardan nənəsinə şikayət edib. Qadın bu barədə uşağın anasına məlumat verib və o, oğlunu xəstəxanaya çatdırıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Bryansk vilayəti üzrə İstintaq İdarəsi 1-4-cü sinif şagirdlərinin kütləvi şəkildə zəhərlənməsindən sonra cinayət işinin başlandığını açıqlayıb. Prokurorluq da vəziyyətlə maraqlanıb. Nəzarət qurumunun mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə müəssisələrinə tibbi yardım üçün 30 uşaq müraciət edib. Məktəblilərə evdə müalicə təyin olunub.