Xaçmazda zəncirvarı qəza - Ölən və yaralananlar var - FOTO
25 Dekabr 2021 13:21 HadisəXaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az APA-ya istinadən bildirir ki, rayonun girişində baş verən qəzada 6 maşın toqquşub.
Qəza nəticəsində bir nəfər Bakı şəhər sakini Samir İskəndərov hadisə yerində ölüb. 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31