Azərbaycanda müəllim intihar etdi

İsmayıllı rayonunda müəllim intihar edib.

Olaylar.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, rayonun Mican kənd sakini, 1972-ci il təvəllüdlü Nəzakət Müzəffərli yaşadığı evdə özünü asaraq intihar edib.

O, coğrafiya müəllimi olub. Son vaxtlarda psixoloji sarsıntı keçirdiyi deyilir.

İntiharın dəqiq səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31