Azərbaycanda məktəbli qız qaçırıldı
22 Dekabr 2021 11:00 HadisəAğdamda məktəbli qız qaçırılıb.
Hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.
Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.
İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.
Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
///Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31