"Bakı Metropoliteni" işçisi metroda dünyasını dəyişib

"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki metroda dünyasını dəyişib.

Olaylar.az xəbər verir ki, qurumdan trend-ə verilən məlumata görə, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib.

"Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib,"- deyə məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31