Azərbaycan Ordusunun hərbi qulluqçusu elektrik cərəyanı vurması nəticəsində həlak olub
21 Dekabr 2021 18:31 HadisəAzərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.
Olaylar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31