Qurbanın iki ay sonra toyu olacaqmış - YENİLƏNİB
21 Dekabr 2021 16:18 HadisəÖtən gün ABŞ-da qətlə yetirilən azərbaycanlı Qurban Bağırovun iki ay sonra toyu olacaqdı.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baku.ws-ə mərhumun yaxınları məlumat verib.
Onların sözlərinə görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı Qurban daha sonra çalışmağa başlayıb.
Hazırda mərhumun yaxınları cəsədinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparır. Bu prosesin 2 həftə ərzində reallaşacağı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31