Avtomobil qaçıran şəxslər ələ keçiblər
21 Dekabr 2021 15:36 HadisəAvtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən "OLaylar"a bildirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-nə keçən gecə rayon ərazisindən Bakı şəhər sakini O.Əliyevə məxsus "Tofaş" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Ö.İsmayıllı və A.Ədilov avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31