9 yaşlı uşağı avtomobil vurub öldürdü - ANBAAN VİDEO
21 Dekabr 2021 11:14 HadisəAbşeronda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Olaylar.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Qəza Fatmayi qəsəbəsində qeydə alınıb. Hadisə zamanı "Mercedes-Benz" markalı avtomobil yola qaçan 9 yaşlı uşağı vurub. Qəza zamanı azyaşlı dünyasını dəyişib. Hadisə anı təhlükəsizlik kamerasına əks olunub. Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31