Yaşayış binasında yanğın çıxdı, 4 uşaq həyatını itirdi
14 Dekabr 2021 13:31 HadisəTürkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda binanın zirzəmisində baş verən yanğın nəticəsində 4 uşaq ölüb, 2 nəfər yaralanıb.
Olaylar.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın binanın zirzəmisindəki elektrik qızdırıcısından başlayıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici heyətlər cəlb olunub. Yanğından xilas edilən bir qadın və uşaq isə yaralı halda xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Məlumata görə, yaralı qadının həyat yoldaşı həbsxanadadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31