7,3 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın şərqində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında bildirilib. 

Məlumata görə, ölkənin Flores adası bölgəsi yaxınlığında yerli vaxtla saat 11.20-də 18,5 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

İndoneziyanın Təbii Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyinin sözçüsü Əbdül Muhari zəlzələnin bölgədə güclü hiss edildiyini bildirib.

"Hələlik ziyan barədə məlumat yoxdur, lakin bir neçə qrup məlumat toplamaq üçün çalışırlar"- deyə  Muhari dedi.

 Xatırladaq ki, yanvar ayında İndoneziyanın Qərbi Sulavesi bölgəsində baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində 100-dən çox insan həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31