DİN Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlayıb

Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, zəhərlənmə paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31