Naxçıvanda əsgər qeyri-döyüş şəraitində həlak olub - MN
11 Dekabr 2021 10:22 HadisəMüdafiə Nazirliyi hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması ilə bağlı məlumat yayıb.
Nazirlikdən Olaylar.az-a verilən məlumatda qeyd edilir:
"Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edirik".
Bildirilir ki, faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31