20 yaşlı gənc metroda üzərinə benzin tökdü- TƏFƏRRÜAT

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

Olaylar.az-ın  məlumatına görə, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31