İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının növbəti iclası dekabrda keçiriləcək

İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının növbəti iclası dekabr ayında keçiriləcək. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.M.Pakayin bildirib ki, iclasda Culfa sərhəd-keçid məntəqəsində yeni körpünün istifadə edilməsi məsələsi müzakirə olunacaq.Səfir deyib ki, Culfa sərhədində köhnə körpünün 30 tondan artıq yüklərin aparılması üçün yararsız olması həm İran, həm də Azərbaycan mütəxəssisləri tərəfindən təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31