İran diplomatı Azərbaycandan çıxarıldı

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb.Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib. Mənbənin məlumatına görə, bununla bağlı İran Azərbaycana nota verib.Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.Bununla bağlı hələki Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31