Prokurorun qatilləri tutulub
18 Noyabr 2013 17:41 Güneyİran İnqilab Keşikçiləri Korpusu ("Sepah") quru qüvvələrinin "Qüds" qərargahı noyabrın 18-də bəyanat yayaraq 12 gün əvvəl qətlə yetirilən Zabül şəhərinin prokuroru Musa Nuri Qələnonun qatillərini tutduqlarını bildirib. Bəyanatda deyilir ki, prokurorun qatilləri "Sepah" qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulublar. Bəyanatda tutulanların kimliyi haqda məlumat verilməyib. İranın Sistan-Bəlucistan əyalətinin Zabül şəhərinin prokuroru Musa Nuri Qələno noyabrın 6-da qətlə yetirilib. İki silahlı şəxs sübh saatlarında işə gedən Musa Nuri Qələnonun avtomobilinə yaxınlaşaraq ona və sürücüsünə odlu silahdan bir neçə dəfə atəş açıb. Prokuror və sürücüsü yerindəcə həlak olub.
İranda sünni məzhəbli bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən "Ceyşül ədl" ("Ədalət ordusu") qrupu noyabrın 7-də bəyanat yayaraq Zabül şəhəri prokurorunun qətlini üzərinə götürüb. Media forum.az